Əhalidən pul yığan “FHN-çi” həbs olundu

15.03.2016 - 10:26

mehbusÖtən ilin dekabr ayında bir qrup Zaqatala sakini Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasında anadan olan, hazırda Bakıda yaşayan, 50 yaşlı Toğrul Adıgözəlov tərəfindən aldadıldıqlarını bildiriblər.

Kəpəz TV xəbər verir ki, müraciətdə həmin şəxsin özünü FHN-in əməkdaşı kimi təqdim etdiyi, 2012-ci ildə baş verən zəlzələdə zərər görən evlərin tikilməsi üçün sakinlərdən külli miqdarda pul aldığı göstərilib.

Keçirilən əməliyyat nəticəsində Toğrul Adıgözəlov saxlanılıb. Onun Qaxda 22, Zaqatalada isə 17 nəfərin hər birindən 1500-8000 manat arası pul aldığı müəyyənləşib. Həmin şəxsin əməllərindən zərər çəkən digər şəxslərin də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=57725

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31