Tanınmış azərbaycanlı müğənninin oğlu adam öldürdü
Bu gün Bərdə rayonunda qətl törədən 26 yaşlı Allahverdiyev Tural Vidadi oğlu tutulub.
Lent.az-ın məlumatına görə, Alaçadırlı kəndində tanışı, 24 yaşlı Məkan İsmayılovu münaqişə zəminində 3 bıçaq zərbəsi ilə qətlə yetirən T.Allahverdiyev istintaq orqanına təhvil verilib.
O, saxlanılarkən bıçaqla özünə xəsarət yetirib.
İlkin araşdırma zamanı məlum olub ki, M.İsmayılovun T.Allahverdiyevə 1000 manata yaxın borcu olub. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, T.Allahverdiyev mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan olan oğludur.
Qeyri-rəsmi nikahdan doğulmasına baxmayaraq Vidadi Bərdəli oğlunun sənədində öz adının qeyd edilməsinə razılıq veribmiş.
Short URL: http://www.cumhuriyyet.net/?p=57805