YPX əməkdaşı polis bölməsində dava saldı – Həmkarlarını təhqir etdi

16.03.2016 - 10:55

polis3Yol Patrul Xidmətinin əməkdaşı adam döydüyü üçün gətirildiyi polis bölməsində dava salıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda baş verib.

Zərərçəkmiş şəxsin yaxınları məlumat verərək bildiriblər ki, B.Bağırova küçəsində yerləşən avtoyuma məntəqəsinin sahibi Elşən Salmanov və onun dostu yol polisi əməkdaşı Vüqar Bağırov təxminən 10 gün əvvəl orada yuyucu işləyən Bəkir İsmayılovu döyüblər. Buna görə də hər iki şəxs Çevik Polis Alayı əməkdaşları tərəfindən 28-ci Polis Bölməsinə aparılıb.

YPX əməkdaşı V.Bağırov bölmədə polis əməkdaşlarını söyərək təhqir edib, dostu E.Salmanovun buraxılmasını tələb edib. Vüqar Bağırov dostunu buraxmazlarsa, özünə xəsarət yetirərək bu barədə rəhbərliyə şikayət edəcəyini deyib. O polis əməkdaşlarını işdən çıxartdıracağı ilə hədələyib.

Araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=57880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31