Bakıda polis serjantı qəza törətdi: 3 maşın bir-birinə çırpıldı

16.03.2016 - 15:12

qeza3Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun N. Rəfiyev küçəsində Ümid Əzimovun idarə etdiyi 90 SM 582 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə 90 AL 878 dövlət nömrə nişanlı, “Hyundai” və 90 -UJ -170 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin dediyinə görə, qəzanın baş verməsinə “Hyundai” markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. “Hyundai” markalı avtomobilin sürücüsü polis serjantı olub.

Faktla bağlı araşdırma aparılır.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=57945

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31