Bakıda mərmər sexində faciə – Ölənlər var (VİDEO 18+)

17.03.2016 - 11:36

facieBakının Suraxanı rayonu, S.Əliyev küçəsində Bakı şəhər sakini Əzimov Bayram Mahir oğluna məxsus mərmər sexində faciə baş verib. Bizimyol.info xəbər verir ki, hadisə dünən axşam 22:00 radələrində baş verib. Sexdəki mərmər lövhələr fəhlələrin üzərinə aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları gəlib. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib və məlum olub ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşıb və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər mərmərləri kəsərək ayırıb və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:14-də başa çatıb. Oxuculardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, sexdə 3 fəhlə olub və xilasediclər fəhlələrdən birinin həyatını xilas edə bilib. Həmin görüntüləri təqdim edirik:


Short URL: http://www.cumhuriyyet.net/?p=58027

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31