“Torqovıda” qəza: “BMW” altı avtomobili əzdi – FOTO

18.03.2016 - 09:31

OLYMPUS DIGITAL CAMERA

Bakının Səbail rayonunda zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Xaqani küçəsində qeydə alınıb.

Sürətlə hərəkətdə olan “BMW X6” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə yol kənarında dayanan 6 avtomobili əzib və işıq dirəyini aşırıb. Qəza zamanı 7 nəfər xəsarət alıb.

Onlardan üçü İran İslam Respublikasının vətəndaşlarıdır. Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan üçünün vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Digərlərinin xəsarətləri isə nisbətən yüngül olub. Verilən məlumata görə, hadisəni törədən “BMW X6”eyni markalı avtomobil ilə ötüşürmüş və qəza da bu zaman baş verib. Avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=58111

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31