Bakıda sərnişin avtobusu qəzaya uğradı: Ölən var

18.03.2016 - 14:02

qeza179 nömrəli avtobusla minik avtomobili toqquşub.

Bu gün Bakı şəhəri, Pirşağa qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. İnterAz-ın hadisə yerində olan müxbirinin sözlərinə görə, 179 nömrəli avtobusla minik avtomobili toqquşub.

Qəza nəticəsində sürücü Allahverdi hadisə yerindəcə dünyasını dəyişib. Minik avtomobilində olan sərnişin gənc qadın isə başından xəsarət alıb. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib və xəsarət alan xanıma ilk yardım göstərilib.

Avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=58220

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31