Bakıda sürət yarışına çıxan maşınlar 7 piyadanı vurdu – VİDEO

18.03.2016 - 14:43

qeza2Bakının Səbail rayonunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Cümhuriyyət.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, Səbail rayonun Xəqani küçəsində sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında hərəkətsiz dayanan 6 avtomobilə çırpılıb. Daha sonra həmin avtomobil yolun kənarındakı işıq dirəyinə dəyərək dayana bilib. Hadisə şahidlərinin dediyinə görə sürət yüksək olduğundan toqquşmadan sonra “BMW” işıq dirəyinin yuxarı hissəsinə kimi qalxıb və bundan sonra dirək aşıb.

Gözlənilməz qəza yol kənarında olan 7 piyadanın xəsarət almasına səbəb olub. Həkimlərin verdiyi məlumata görə 7 nəfərdən 3-nün vəziyyəti orta ağırdır. Verilən məlumata görə, hadisəni törədən “BMW” eyni markalı avtomobil ilə sürət yarışına çıxıb və qəza da bu zaman baş verib.

Ölkə.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=58231

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31