Bakıda səfirlik əməkdaşları qəzaya düşdü – YARALILAR VAR

18.03.2016 - 16:05

qeza3Bakıda səfirlik əməkdaşlarının yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Neftçilər prospektində bir neçə gün öncə baş verib. Şamaxı rayon sakini, 1967-ci il təvəllüdlü Qəzənfər Nəzərovun idarə etdiyi 10 TH 507 nömrə nişanlı “London-Taxi” Cəbrayıl rayon sakini, 1960-cı il təvəllüdlü İsmayıl Quliyevin idarə etdiyi eyni markalı 10 AT 774 nömrəli və Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Mərdanovun idarə “VAZ-21214” markalı, 90 TT 126 nömrəli avtomobillər toqquşub.

Qəza nəticəsində Q.Nəzərovun idarə etdiyi avtomobilin sərnişinləri olan Türkiyə səfirliyinin əməkdaşları, səfirin üçüncü katibi, 1980-ci il təvəllüdlü Öznur Tübençokrak və müşaviri, 1977-ci il təvəllüdlü Makbule Koçak xəsarat alıblar. Yaralılar Mərkəzi Klinikaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=58250

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31