Göygöl sakini Gəncədə özünü yandırdı
Göygöl rayon sakini Gəncədə özünü yandırıb.
APA-nın verdiyi məlumata görə, hadisə Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb.
O dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=58683