Bakıda şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü: yaralılar var
Səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az-ın məlumatına görə, Zabrat- Kürdəxanı yolunda şagirdləri daşıyan “Ford” markalı mikroavtobus “Niva” ilə toqquşub.
“Ford”da olan şagirdlərdən bir neçəsi yaralanıb. Onlar təcili 3 saylı xəstəxanaya aparılıblar.
Short URL: http://www.cumhuriyyet.net/?p=58934