Qusarda sürücülər etiraz aksiyası keçirdi – FOTO

29.03.2016 - 15:16

qusar2Qusarda yerli sürücülərin iştirakı ilə şəhər avtovağzalında aksiya keçirilib.

ANS PRESS-in məlumatına görə, aksiyaya qatılanlar arasında avtobus, mikroavtobus və taksi sürücüləri olub. Onların sözlərinə görə, etirazlarına səbəb Nəqliyyat Departamentinin əməkdaşlarının davranışıdır. Etirazçılar onlardan əsassız olaraq pul tələb edildiyini deyiblər.

Sürücülər deyiblər ki, Departament qeyri-qanuni olaraq onlardan pul tələb edir, əvəzində isə onlara heç bir sənəd təqdim olunmur, pulun nə üçün alındığı izah edilmir. Bildirirlər ki, Departamentə həmişə pul ödəyiblər, indi yeni qurum olması barədə onlarda məlumat yoxdur.

Sürücü İsgəndər Muradov deyib ki, gün ərzində qazandığı vəsait ilə Departament əməkdaşlarının tələb etdiyi pulu ödəyə bilmir: “Yolları qazıb töküblər, orda gündə 8-10 manat pul qazana bilirik, Departament də gəlib pul istəyir! O pulu hardan verək?”

Etiraz edən sakinlər

Aksiyanın keçirildiyi əraziyə Qusar İcra Hakimiyyəti (İH) başçısının 1-ci müavini Şahid Fərəməzov da gəlib. O, sürücülərlə söhbət edərək mövqeyini açıqlayıb. Bildiribi ki, sürücülər də, Nəqliyyat Departamenti də məsələni qanun çərçivəsində həll etməlidirlər: “Bizim də onların qarşısında qoyduğumuz məsələ ondan ibarət olub ki, yəni bu vətəndaş öz şəxsi nəqliyyat vasitəsində nəqliyyat xidməti göstərirsə, hansı vəsaitlər ödənilməlidi, hansı hesaba ödənməlidir. Konkret olaraq həmin hesabları bizə təqdim edə bilmədilər, dedilər ki, sonra gətirərik, gətirmədilər”.

Qusar İH-in rəsmisi məsələnin qurumun nəzarətində olduğunu, problemin hər iki tərəfin iştirakı ilə həll ediləcəyini deyib.

Qusar avtovağzalı

Nəqliyyat Departamentinə ünvanlanan ittihamlara Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı (DANX) Xidmətinin Quba regional şöbəsinin rəis əvəzi Ərəstun Məmmədsalahov münasibət bildirib.

O , sürücülərə bu barədə xəbərdarlıq etdiklərini, onlardan rüsumu prezidentin 15 fevral tarixli sərəncamına əsasən DANX rəisi Elnur Abdullayevin 15 mart tarixli əmri ilə təsdiq edilmiş qaydalara uyğun tələb edildiyini bildirib: “Hamısı – əmr də. sərəncam da burdadı, sürücülərə bu barədə deyilib, heç kim də artıq pul istəmir, istənilmir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=59138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31