Somalidə silahlı hücum zamanı azərbaycanlı ana öldürüldü – İki oğlu yaralandı
Somalinin paytaxtı Moqadişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlər olan xidməti avtomobilə hücum ediblər.
Müəllim və şagirdləri daşıyan mikroavtobusa silahlı hücum zamanı həlak olan və xəsarət alan Azərbaycan vətəndaşlarının Göyçay rayon sakinləri olduğu müəyyənləşib. Hadisə zamanı Göyçayın Ləkçiplaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu – 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb.
APA.az
Short URL: http://www.cumhuriyyet.net/?p=59371