Şahbaz Xuduoğlu polisə müraciət etdi – Əməkdaşı 6 min mənimsəyib

31.03.2016 - 11:23

sahbaz-xudaoqluAzərbaycanda kitab çapı ilə məşğul olan “Qanun” nəşriyyatının əməkdaşı şirkətə külli miqdarda ziyan vurub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu polisə müraciət edərək məlumat verib. Ş.Xuduoğlu bildirib ki, əməkdaşlıq etdikləri Qazax rayon sakini, 1989-cu il təvəllüdlü Seymur Həsənov 2015-ci ilin sentyabr ayından bu ilin mart ayına kimi nəşriyyatın anbarından məntəqələrə paylamaq adı ilə götürdüyü kitabları 5916 manata satıb, lakin şirkətə ödəniş etməyib. S.Həsənov həmin məbləği mənimsəyib. Araşdırma aparılır.

***

Şahbaz Xuduoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxs bundan öncə də başqa nəşriyyatlarda oxşar əməllər törədib: “Seymur Həsənov nəşriyyatın kitab yayımında işçi olub. Oradan kitabları götürüb mağazalara paylayıb. Qeyd edilən müddətdə isə kitabları həmin marketlərə paylamaq əvəzinə başqa müxtəlif yerlərdə daha ucuz qiymətə satıb. Marketlərə satdığı qisminin də pulunu götürüb və heç birini nəşriyyata ödəməyib. Bizim mühasibatlıq bunu aşkar edəndən sonra özünü və valideynlərini də dəvət edib danışdıq. Bəlli oldu ki, əvvəldən də başqa nəşriyyatlarda bu cür fəaliyyətlə məşğul olub. Şirkətin nümayəndəsi bu barədə polisə müraciət etdi. Hazırda təhqiqat aparılır, buna görə də Seymur Həsənovun özü ilə bağlı hələ ki, bir tədbir seçilməyib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=59386

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31