Ermənilər Azərbaycanın iki rayonunda 134 evi darmadağın etdilər

29.04.2016 - 10:43

daqinti6Ermənilərin son iki gün ərzində cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Ağdam rayonunda zərər dəyən evlərin ümumi sayı məlum olub. Bu barədə ANS PRESS-ə Ağdam Rayon Fövqəladə Hallar Komissiyasının rəis müavini Mansur Quliyev məlumat verib. Onun sözlərinə görə, rayonda son iki gün ərzində ümmilikdə 76 evə ziyan dəyib: “Araşdırmalar nəticəsində məlum oldu ki, həmin evlərdən 14-ü tam yarasız vəziyyətə düşüb, 1 ev yanıb, həmçinin 2 mağaza da dağılıb. Bundan başqa vətəndaşa məxsus 1 maşın, 1 baş at, 13 baş iribuynuzlu mal-qara da tələf, 19 baş heyvan isə yaralanıb”.

Mansur Quliyev onu da əlavə etdi ki, bu gecə cəbhədə nisbi sakitlik olub.

“Araşdırmalarımız nəticəsində məlum oldu ki, qarşı tərəfin atəşkəsi pozması və mülki əhalini atəşə tutması nəticəsində Tərtər rayonunda ümumilikdə 58 evə ziyan dəyib”. Bu barədə isə ANS PRESS-ə Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov bildirib ki, bundan başqa şəhər 6 saylı məktəbi və Hacıqərvənd kənd orta məkətəbi də yararsız hala düşüb. Xoşbəxtlikdən mülki əhali arasında xəsarət alanlar olmayıb. İşıq və qazın verilişi tam şəkildə bərpa edilib”.

Elvin Umudov gecə boyu cəbhədə vəziyyətin sakit olduğunu bildirdi.

Son iki sutka ərzində erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Nəticədə Ağdam rayonunun dinc sakinlərindən 2 nəfər dünyasını dəyişib, 7 nəfər isə yaralanıb.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Ermənilərin endirdiyi zərbələr nəticəsində son iki gündə iki mülki şəxs həlak olub. 1943-cü il təvəllüdlü Əli Müseyib oğlu Hüseynov və Famil Əli oğlu Mustafayev Çəmənli kənd sakinləri olublar.

Ancaq Ağdamın bir kəndində 7 nəfər isə yaralanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62803

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930