Bakıda ayı peyda oldu – Sakinlər təşviş içindədir

29.04.2016 - 11:42

ayiZığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən “BakuBus”ın avtomobil parkı yaxınlığında ayı peyda olub. ANS PRESS-ə daxil olan məlumata görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub.

Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

“Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub”, – deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.

“BakuBus” və Fövqəladə Hallar Nazirliyindən məlumatı təsdiqlədilər. Onun bala ayı olduğunu qeyd etdilər. FHN-dən bildirdilər ki, əməkdaşları hazırda hadisə yerindədirlər. Ayını zərərsizləşdirmək üçün işlər aparırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62819

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930