Tofiq Yaqublu sərhəddə saxlanıldı

19.05.2016 - 15:01

tofiqOna ölkədən çıxışına “stop” qoyulduğu deyilib

Sabiq siyasi məhbus, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu Azərbaycan-Gürcüstan sərhədində saxlayıblar. Bu haqda T.Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında dedi. Onun sözlərinə görə, gömrük xidməti əməkdaşları ona ölkədən çıxışına “stop” qoyulduğunu bildiriblər: “Halbuki Bakıda bizə deməmişdilər ki, üzərində “stop” var. Bilmirəm ki, bunu hansı qurum edib. Həbsdən əfvlə azad olunduğu üçün bu qadağa da avtomatik aradan götürülməli idi. Ailəlikcə Gürcüstana, doğma kəndimizə gedirdik. İndi bizi buraxırlar, atamı yox”.

N.Yaqublu dedi ki, atası vəkili Nemət Kərimli ilə əlaqə saxlayıb bu məsələni dəqiqləşdirməyə çalışır. Müsahibimiz öz növbəsində ombudsman aparatı, eləcə də müvafiq qurumlarla əlaqə saxlayır: “Bilmək lazımdır ki, konkret hansı qurum “stop” qoyub. Məsələni dəqiqləşdirənə qədər burada olacağıq”.
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=64568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728