Bakıda məktəb yandı, şagirdlər xilas edildi

23.05.2016 - 09:57

yanqin3Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə partlayış baş verib.

Hadisə bir neçə dəqiqə bundan öncə olub.

Faktı Fövqəladə Hallar Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, həmçinin Təcili Tibbi yardım maşınları cəlb olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Azvision.az-a bildirib ki, hadisə ilə bağlı əraziyə 2 birqana göndərilib.

Onun sözlərinə görə, hadisənin səbəbi və xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur.

İlkin ehtimallara görə, partlayışdan sonra məktəbin binasında yanğın baş verib. Yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.

Məktəbdə olan bütün şagirdlər təxliyə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=64767

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728