Bakıda şirkət rəhbəri özünü öldürdü
Bakıda intihar hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Nərimanov rayonu Ağa Nemətulla küçəsi 79/48 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Hacıyev Söhbət Afiyəddin oğlu özünü mayın 21-də səhər saat 07:30-da güllələyərək intihar edib.
“İnteryer S” MMC şirkəti Söhbət Hacıyevə məxsus olub. Onun rəhbərlik etdiyi “İnteryer S” MMC şirkəti təhlükəsizlik və müşahidə kameralarının quraşdırılması və sazlanması ilə məşğul olurmuş.
Bildirilir ki, S.Hacıyevin rəhbərlik etdiyi qurumun banklara borcu olub. Bir müddət əvvəl şirkət hazırda fəaliyyət göstərəməyən banklardan birini kredit borcunun ləğv edilməsi ilə bağlı məhkəməyə də veribmiş.
Short URL: http://www.cumhuriyyet.net/?p=64875