19 yaşlı gəlinin hamını şoka salan fırıldağı – VİDEO
Bir müddət əvvəl Lənkəranda evinin talandığını, ona xəsarət yetirilməsini bildirən hamilə qadının yalanı ifşa edilib. Rayon polisinin araşdırmasından sonra ortaya çıxanlar sizi də şoka salacaq. Lənkəranda bir neçə gün əvvəl evlərinə basqın edildiyi deyilən hamilə gəlin itkin düşüb. 19 yaşlı Ülviyyə Ağayeva naməlum şəraitdə yoxa çıxıb.
Cumhuriyyet.az xezerxeber.com-a istinadən bildirir ki, qadını tapmaq üçün bütün əməliyyat qrupu axtarışlara başlayıb və çox maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, itkin qadın mayın 20-də Astara- Bakı- qatarına bilet alaraq Bakıya yola düşüb. İtkin sayıldığı müddətdə də ardıcıl olaraq həyat yoldaşının, baldızının telefonlarına gizli nömrələrdən mesajlar göndərilib. Girov kimi saxlanılan hamilə qadına görə 80 min manat pul istənilib.
Mesajların izi ilə gedən Lənkəran polisi onu Bakıda yaxalayıb və hadisələrin düyünü də buradan açılıb. Sən demə, hamilə qadına qarşı quldurluq törədilməsinin ssenari müəllifi və icraçısı əslən Beyləqan rayonundan olan 19 yaşlı Ülviyyə Ağayeva özü olub. Mayın 8-də ona heç bir hücum olmayıb. O, evdəki qızıl-zinət əşyalarını götürəndən sonra özü-özünə küt alətlə xəsarətlər yetirib, əl qolunu və ayaqlarını da “skoç”la bağlayaraq cinayətin quldurlar tərəfindən törədilməsi effektini yaradıb. Ən pisi də budur ki, o, bətnindəki körpəsinə də zərər vurub.
Saxlanılndan sonra hüquq-mühafizə orqanları evdə kirayənişin kimi qalan Ülviyyə Ağayevanın bütün törətdiklərini – qızıl oğurluğunu, yoldaşından 80 min manat istəməsini, körpəsinə xəsarət yetirməsini, polisi aldatmasının səbəblərini araşdırır. Artıq Lənkəran rayon prokurorluğunda CM-in müvafiq maddələri ilə cinayət işi də başlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=65019