Azərbaycanda avtobus qəzası – Ölən var

26.05.2016 - 13:59

avtobus2Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Yasamal Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yeni dairəvi yolda Sumqayıt şəhər sakini Natiq Eminov idarə etdiyi “Mercedes” markalı avtomobilini qarşıda gedən Salyan rayon sakini Rafiq Əliyevin idarə etdiyi 10- TG- 280 dövlət nömrə nişanlı 211 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusa vurub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1975-ci il təvəllüdlü aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Ötən gün isə avtomobillərin toqquşması zamanı sürücünün həyatını itirməsi ilə nəticələnən yol qəzası Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. Şəhər sakini Namiq Məmişovun idarə etdiyi “VAZ-2107” və Cəlilabad rayon sakini Elçin Əsgərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.Məmişov orada ölüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=65223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728