Erməni hərbiçilər arasında dava – Əsgər serjantı öldürdü

26.05.2016 - 15:01

esger-ermeniErmənistan İstintaq Komitəsi əsgər Akop Gevorkyanın qətli ilə bağlı cinayət işi qaldırıb.

Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən xəbər verir ki, mayın 25-də təxminən saat 15:30-da N hərbi hissəsinin tibb məntəqəsinə müddətli hərbi qulluqçu, serjant Akop Gevorkyan döş qəfəsindən aldığı bıçaq yarası ilə daxil olub. “Mehri” tibb mərkəzinə gedən yolda əsgər dünyasını dəyişib.

Baş vermiş hadisənin təfərrüatları araşdırılır.

İlkin istintaqın gəldiyi nəticəyə görə, A.Gevorkyanla əsgər Q.Kosoqoblyan arasında münaqişə baş verib. Münaqişə davaya keçib və bu əsnada Q.Kosoqoblyan A.Gevorkyana kəsici-deşici alətlə zərbə endirib.

Xuliqanlıq zəminində qətl törətməkdə ittiham olunan Q.Kosoqoblyan mayın 26-da saxlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=65232

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728