Yeni polis rəisi qəzaya düşdü

27.05.2016 - 16:19

qezaGöyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib, sürücü xəsarət alıb.

Report-un verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayon Mirzəhüseynli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Ağdaş rayonundan Göyçay rayonu istiqamətində hərəkət edət edən “Hunday İX 35” markalı 90-AP-579 dövlət qeydiyyat nişanlı minik maşınının idarə edən Etibar Abduyev idarə etməni itirərək yoldan çıxaraq aşıb. Hadisə zamanı Etibar Abduyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanada ilkin tibbi yadım göstərildikdən sonra Bakıdakı xəstəxanaların birinə göndərilib. Hadisəyə səbəb isə magistral yolda maşının önünə iri buynuzlu malın-qaranın çıxması olub.

Qeyd edək ki, Etibar Abduyev Ucar Rayon Polis Şöbəsinin rəisidir. Qəza zamanı Ucar rayonuna işə gedirmiş və həmin anda avtomaşını özü idarə edirmiş.

Xatırladaq ki, E.Abduyev Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 14 may 2016-cı ildə Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Ucar RPŞ-ə rəis təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=65383

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728