Azərbaycanda şairin 110 min dolları mənimsənilib

28.05.2016 - 12:14

dollarBakıda şairə qarşı dələduzluq edilib.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü German Əli oğlu Hüseynov polisə ərizə ilə müraciət edərək bildirib ki, 1965-ci il təvəllüdlü Valeh Vəli oğlu Rüstəmov onu aldadıb iş qurmaq adı ilə 30 min ABŞ dollar pulunu alıb. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

G.Hüseynov dələduzluğa məruz qalması faktını təsdiqləyib. O bildirib ki, əslində ona 30 min yox, 110 min dollar ziyan dəyib. G.Hüseynov dələduzluğa məruz qalması ilə bağlı yaxın günlərdə detallı açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, German Hüseynov şair-publisistdir. O, “656№-li qatar”, “Könlüm sevgi zindanı”, “Ruhum Ağdamda qaldı”, “Bu il də tut yemədik”, “Əzizbəyov küçəsi ev 57”, “Sən mənim əbədi məhəbbətimsən” adlı şeir kitablarının müəllifidir.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=65425

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728