Bakıda zəncirvari qəza: “KamAZ” 6 maşını əzdi – FOTO

30.05.2016 - 11:14

kamazBakının Nəsimi rayonunda baş verən zəncirvari qəzada 7 maşın əzilib.

Cümhuriyyət.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun 3-cü mikrorayon bazarının yaxınlığındakı tuneldə qeydə alınıb.

Qumla yüklü 99 XG 630 dövlət nömrə nişanlı “KamAZ”  iki mikro avtobus olmaqla 6 maşını əzib. Əzilən maşınlardan ikisi ata və oğluna məxsus “Mercedes” markalı  sərnişin mikroavtobusu, dördü isə “Mercedes” markalı minik avtomobilləridir. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və yol polisinin əməkdaşları gəliblər.

Hadisə yerində araşdırma aparan polislərdən verilən məlumata görə, qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq. Hadisədən sonra “KamAZ”ın sürücüsü sərxoşluq müayinəsi üçün polis idarəsinə aparılıb.

Qəza baş verən tuneldə böyük tıxac meydana gəlib. Əraziyə əlavə polis qüvvələri cəlb olunub, əzilən maşınlar evakuatorlar vasitəsi ilə cərimə meydançasına aparılıb. Qeyd edək ki, qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=65478

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728