Ana öz qızını 5000 dollara satıb – Ermənistanda
Virtualaz.org «Ermənistan xəbərləri» portalına istinadən xəbər verir ki, Ermənistanın Araqatsotn vilayətinin Aruç kənd sakini 1 aylıq qızını Ararat vilayətinin Taperakan kənd sakininə 5000 ABŞ dolları müqabilində satıb. Bildirildiyinə görə, körpə aprelin 9-da doğulub.
Aruç kənd sakinlərinin sözlərinə əsasən, uşağını satan qadın ağır maddi vəziyyətdə olduğuna görə bu addımı atıb. Həmin körpədən başqa, qadının daha 3 övladı var.
Polis faktla bağlı araşdırma aparır.
Short URL: http://www.cumhuriyyet.net/?p=65544