“Qarabağ”ın futbolçusu qəza törətdi – Yaralanan var

02.06.2016 - 10:34
reynaldo“Qarabağ”ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb.

Cümhuriyyət.az -ın “Report”-a istinadən verdiyi xəbərə görə, bu barədə “Globo” məlumat yayıb.
Məlumata görə, hadisə ötən gün Aqreste ştatında baş verib.
Doğma şəhərində dincələn hücumçu şəxsi “Chevrolet Camaro” markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə velosipedin sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.
Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib.
Qeyd edək ki, Reynaldo “Qarabağ”da 2013-cü ilin qışından çıxış edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=65871

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728