Bakıda gülünc oğurluq: Qadının protezini apardılar

03.06.2016 - 01:31

protezBakıda gülməli oğurluq hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, yaşlı qadının protezi oğurlanıb. Hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1942-ci il təvəllüdlü Gülşən Novruzova 31-cu polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, iyunun 1-də səhər saatlarında protez dişlərini çıxarıb “polka”nın üzərinə qoyub. Yarım saatdan sonra qadın dişlərini qoyduğu yerə qayıdıb və protezinin yerində olmadığını görüb.

Zərərçəkmişin sözlərinə görə, onun protezinin üzərində 6 qızıl diş olub və bu qızılların oğrunun diqqətini cəlb etməsi labüd idi.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı hadisəni təsdiq edib və gülümsəyərək bildirib ki, işlədiyi müddətdə çox hadisə ilə qarşılaşıb. O, etiraf edib ki, bu onun qarşılaşdığı ilk belə kruyoz haldır.

Amma Novruzova üçün bu heç də gülməli deyil, çünki yeni protez taxılanadək 74 yaşlı qadın nə çeynəyə biləcək, nə də gülə biləcək.

Yaşlı qadın dişlərini cəmi yarım saatlıq çıxardığına çox təəssüfləndiyini deyib.

Analoji hadisə 2015-ci ilin oktyabrında Binəqədi rayonunda da baş verib. 1963-ci il təvəllüdlü Ələfsər Ağayevin də dişləri oğurlanıb. Onun evdə olmadığı vaxt cinayətkar mənzilə girib və 120 manat pulunu və üzərində qızıl dişlər olan protezini oğurlayıb. Yeri gəlmişkən, bu oğurluq hadisəsinin üstü hələ də açılmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=65982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728