Avtomobil kanala aşdı – Bir ailənin 4 üzvü yaralandı

03.06.2016 - 16:13

qeza2Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb. Sumqayıt şəhər sakini Məhərrəmov Rafiq Qurban oğlunun idarə etdiyi BMW markalı, 01 BP 967 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən avtomobilə çırpılıb və yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Sumqayıt şəhər sakinləri, 1973-cü il təvəllüdlü Məhərrəmova Pərvanə Qurban qızı, 1998-ci il təvəllüdlü Məhərrəmli Elnarə Rafiq qızı, 1973-cü il təvəllüdlü Məhərrəmova Hicran Şövkət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən arşdırma aparılır.

APA.az


Short URL: http://www.cumhuriyyet.net/?p=66110

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728