Qardaş iki bacısını zorladı — Bakıda rəzalət

06.06.2016 - 11:06

zorBakıda bacılarını zorlayan oğlan həbs edilib

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunun sakinləri olan yeniyetmə qız V.M kiçik bacısı, 10 yaşlı T.M ilə polis idarəsinə gəlib. Hər iki bacı polisə bildirib ki, xeyli müddətdir ki, böyük qardaşları A.M-nın cinsi zorakılığına məruz qalırlar.

Məlumata görə, A.M kiçik bacıları ilə xeyli müddətdir, zorla cinsi münasibətdə olurmuş. 10 yaşlı T.M bildirib ki, 2012-ci ildə qardaşı onunla iki dəfə qeyri-təbii yolla cinsi münasibətdə olub, sonuncu dəfə isə A.M 10 yaşlı bacısını bu il yanvar ayının 26-da zorlayıb və bu dəfə onlar təbii yolla cinsi münasibətdə olublar. Həmin gün 10 yaşlı qızın bəkarəti də pozulub və o, böyük bacısı V.M-ya bu haqda danışıb. Bu vaxt məlum olub ki, A.M digər bacısı V.M-nı da vaxtaşırı, evdə kimsə olmadıqda zorlayırmış. Yeniyetmə bacılar dərhal polisə müraciət ediblər. Onlar polisə müraciət edərkən özləri ilə telefonla çəkilmiş videogörüntünü də təqdim ediblər. Həmin kadrlarda A.M-nın öz doğma bacısını zorladığı açıq-aşkar görünür. O da məlum olub ki, A.M bacılarını zorlayarkən bunu telefon vasitəsilə lentə alırmış və bacısı V.M bu kadrları qardaşının telefonundan özününkünə köçürməyi bacarıb.
Məlumat daxil olandan dərhal sonra polis əməliyyat-istintaq tədbirləri həyata keçirib. Hər iki bacı ekspertizaya göndərilib. A.M isə polis tərəfindən saxlanılıb. İlkin dindirmələrdən sonra onun hər iki bacısını zorlaması təsdiqini tapıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 150.2.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66202

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728