Azərbaycan-Ermənistan sərhədində erməni hərbçiləri qəzaya düşdü
Ermənistanın Loriysk vilayətində baş verən yol qəzasında hərbçilər xəsarət alıb. ANS PRESS-in məlumatına görə, hadisə iyunun 5-də baş verib. “Novosti Armenii” saytının məlumatına görə, Vanadzor-Dilijan yolunun birinci kilometrində dövlət nömrə nişanı 34 NO 092 olan BMW markalı avtomobil yoldan çıxaraq dərinliyi 50 metr olan dərəyə yuvarlanıb.
Avtomobilin sürücüsü və sərnişini xəstəxanaya yerləşdirilib. Hər iki yaralı hərbçidir. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=66205