Tanınmış meyxana ustası qəzaya düşdü

07.06.2016 - 10:12

qezaTanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb

APA xəbər verir ki, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb. “Prado” markalı 10 TT 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=66352

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728