Azərbaycanlı qadın Ermənistan tərəfə keçdi – ERMƏNİ MƏNBƏLƏRİ

07.06.2016 - 22:36

serhedAzərbaycan vətəndaşı olan qadın qanunsuz olaraq Ermənistana keçib.
Virtualaz.org bildirir ki, bu barədə Novosti Armeniya Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyana istinadən məlumat yayıb.
“Bu il iyunun 7-də Azərbaycan-Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, – deyə o bildirib.
Onun sözlərinə görə, hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.
İşçi qrupunun rəhbəri onu da bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan nümayəndəliyinə məlumat verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=66474

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728