Bacısı ilə əl-ələ gəzən dostunu bıçaqladı

08.06.2016 - 12:31
bicaqBakının Bülbülə qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. ANS TV-xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbə sakini Emin Teymur oğlu Cəfərov onunla eyni məhəllədə yaşayan İsmət İslam oğlu Qəmbərovu qısqanclıq zəminində bıçaqlayıb.

31-ci Polis Bölməsi əməkdaşlarının yaxaladığı Emin Cəfərov bildirib ki, altı aydır ki, məhəllədə İsmətin onun bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlər gəzir. Söz-söhbətlərə son qoymaq istəyən Emin İsmətlə münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib. Dostların söhbəti mübahisəyə, mübahisə isə əlbəyaxa döyüşə keçib. Sinə nahiyəsindən yaralanan İsmətin al-qana boyandığını görəndə Emin ona kömək etmək qərarına gəlib, onu xəstəxanaya aparıb.
Emin Səfərov İsmət Qəmbərovu bıçaqlamasından peşman olduğunu qeyd edib.
Faktla  əlaqədar Suraxanı Rayon Polis idarəsində araşdırma gedir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66522

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728