Məktəbli qızlara qarşı əxlaqsızlıq edən direktor müavinini döydülər – Azərbaycanda

10.06.2016 - 11:12

zorakiliqKərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbində qalmaqal baş verib. Bu barədə Gununsesi.info-ya adı çəkilən təhsil ocağından məlumat verilib. Bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbinin direktor müavini Akif Səmədov yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər edib.

Dünən baş verən hadisəni qızlardan biri öz valideyinlərinə danışıb. Nəticədə, həmin uşağın valideyini bu gün adıçəkilən məktəbdə direktor müavini işləyən Akif Səmədovu döyüb. Hal-hazırda Akif Səmədov xəstəxanaya yerləşdirilib. Direktor müavininə ağır xəsarət yetirildiyi bildirilir.

Məktəbin direktoru isə Akif Səmədovun həyat yoldaşı Akifə Səmədovadır.

Valideyinlər onu da bildiriblər ki, ər-arvadın rəhbərlik etdiyi məktəb həm də ən çox rüşvət halları olan məktəblər kimi tanınır.

Hadisə ilə bağlı Binəqədi rayon polis idarəsində araşdırmalar aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=66742

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31