Bakıda avtobus sürücüsü xəstə sərnişini küçənin ortasına atıb getdi – FOTOLAR

10.06.2016 - 11:31

sernisinHövsan qəsəbəsi – “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edən 10 TG 439 dövlət seriya nişanlı 132 saylı marşrut avtobusunda xoşagəlməz hadisə yaşanıb.

Publika.az xəbər verir ki, hadisə bu gün səhər saat 09:10 radələrində baş verib.

Belə ki, Hövsan qəsəbəsindən “Əhmədli” metrostansiyasına gələn avtobusun 65-70 yaşlı sərnişininin gözlənilmədən halı pisləşib və o, huşunu itirib. Lakin avtobus “Əhmədli” metrostansiyası qarşısındakı sonuncu dayanacağa çatdıqda sürücü sərnişinin avtobusdan düşürülməsini tələb edib. Salondakı sərnişinlər “onu yerindən tərpətmək olmaz, bəlkə də infarkt keçirib” – desələr də, sürücü “Neynim? Mən getməliyəm” deyərək bir daha huşunu itirmiş sərnişinin avtobusdan düşürülməsini tələb edib.

O, halı pisləşmiş sərnişini digər şəxslərin köməyilə salondan düşürərək asfaltın üzərinə qoyaraq çıxıb gedib. Halı pisləşmiş sərnişin bir neçə dəqiqə yerdə uzanmış vəziyyətdə qalıb. Sərnişinlər təcili yardıma zəng vuraraq əraziyə həkim çağırıblar və o, xəstəxanaya çatdırılıb.

132 saylı marşrut avtobusunun dispetçeri Elçin Balayev marşrut rəhbərliyinin bununla bağlı araşdırma aparılacağını dedi: “Məsələni araşdırarıq və ölçü götürərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=66746

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31