Bələdiyyə sədrinə hökm oxunub
Sabirabad rayon Məhkəməsində sahibkara qarşı cinayət törətməkdə ittiham olunan bələdiyyə sədri Fikrət Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, məhkəmənin hökmü ilə Fikrət Əmrahov aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunub.
Qeyd edək ki, ötən ilin iyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kənd bələdiyyəsinin sədri Fikrət Əmrahovla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqif Nəcəfov arasında mübahisə yaranıb. Mübahisə zamanı Fikrət Əmrahov Aqif Nəcəfovu döyərək, ona bədən xəsarəti yetirib.
Fikrət Əmrahov Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=66829