İsmayıllıda 12 yaşlı qızı sel apardı – TƏBİİ FƏLAKƏT

13.06.2016 - 00:54

selİyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışı nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, iki nəfər ağır xəsarət alıb.

APA-nın xəbərinə görə, rayonun Çayqovuşan kənd sakini, 2004- cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel aparıb. O, yaşadığı evin yaxınlığında, Göyçay çayının üzərindəki piyada körpüsündən keçərkən palçıq səbəbindən ayağı sürüşərək çaya düşüb. Kənd sakinləri çaya düşdüyü yerdən 100 metr aralıda ağaca ilişərək suda qalan 12 yaşlı qızın həyatını xilas ediblər. Təxminən 20 dəqiqə suda qalaraq boğulan Səbinə Sadıqova təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.

Hazırda reanimasiya şöbəsində olan Səbinə Sadıqovanın vəziyyəti ağır olaraq qalır. Sel suları Quşencə kənd sakini, 1938-ci il təvəllüdlü Mustafayeva Maya Muradxan qızına məxsus fərdi yaşayış evini dağıdıb. Maya Mustafayeva qəflətən dağılan evin damının altında qalaraq ağır xəsarət alıb. O, təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib, hazırda müalicə olunur. Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=66867

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31