“Son zəng”in acı “sürprizi” – Bakıda şagird sinif yoldaşını tir tüfəngi ilə vurdu

14.06.2016 - 13:31

tufengBakıda əyləncə mərkəzində orta məktəb şagirdi xəsarət alıb.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə B. Nuriyev küçəsi 2 ünvanında yerləşən “Akvarium” əyləncə mərkəzində qeydə alınıb. Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Hüseyn Mübariz oğlu Baxşəliyevin əlində olan tir tüfəngindən açılan atəş nəticəsində 13 yaşlı Aysel Nicat qızı Allahverdiyeva boğaz nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Polisdən həmçinin bildirilib ki, H. Baxşəliyev və A. Allahverdiyeva 76 saylı orta məktəbin şagirdləridir. Onlar 6-cı sinifdə oxuyurlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=67056

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31