“Azadlıq”ın kollektivi redaksiyaya buraxılmadı

15.06.2016 - 15:14

aznesİyunun 15-də “Azadlıq” qəzetinin kollektivi redaksiyanın yerləşdiyi “Azərbaycan” Nəşriyyatına saat 14.00-a qədər buraxılmayıb. Həmişəki vaxtda işə gələn kollektivə Nəşriyyatın mühafizə xidməti redaksiyaya qalxmağa icazə verməyib. Bildirilib ki, bu barədə Nəşriyyat rəhbərliyinin göstərişi var.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev Nəşriyyat rəhbərliyi ilə danışandan sonra kollektivin binaya saat 14.00-dan sonra daxil olmasına razılıq verilib. Lakin bunun səbəbi barədə heç bir izahat verilməyib.

Qəzetin rəhbərliyi məsələni Nəşriyyatın rəhbəri ilə görüşüb aydınlaşdırmağa çalışacaq.(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=67196

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31