Azərbaycanda tanınmış müğənni itkin düşdü — FOTO

16.06.2016 - 10:35

mikrafonMüğənni Afət Fərmanqızı yoxa çıxıb

Ölkə.az-ın sənətçiyə yaxın şəxslərdən əldə etdiyi məlumata görə, onu iki gündür yaxınları və məclis sahibləri axtarır:

“Afəti axırıncı dəfə iyunun əvvəlində bir məclisdə gördüm. Ondan sonra yoxa çıxıb. Deyilənə görə, xeyli adamdan da xınayaxdı məclisində iştirak üçün beh alıb”.

Xatırladaq ki, Afət Fərmanqızı son illər daha çox xınayaxdı məclislərinin aparıcısı kimi tanınır.

Ölkə.Az-ın əməkdaşı yayılan xəbərlə bağlı sənətçinin özü ilə əlaqə saxlamağa çalışsa da, onun mobil nömrəsinə zəng çatmayıb.

Maraqlıdır ki, A.Fərmanqızı sosial şəbəkədəki sonuncu paylaşımını iki gün əvvəl, yəni deyildiyi kimi yoxa çıxdığı gün edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67242

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31