Xalq artistinin evi yarıldı – Bacısı

16.06.2016 - 15:29

ilhameMərhum xalq artisti İlhamə Quliyevanın evindən oğurluq olub.

Bunu Lent.az-a açıqlamasında xalq artistinin bacısı Gülbahar Quliyeva deyib. O bildirib ki, artıq bu hadisəylə bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna müraciət olunub:

“İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur. Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülki bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır”.

İ.Quliyevanın bacısı “bu oğurluğa görə kimdən şübhələnirsiniz?”, – sualına isə bu cür cavab verib: “Mən indi heç kəsin adını çəkmək istəmirəm. İlhamə xanımın evindən oğurluq edənləri gözümlə görüb, əlimlə tutmamışam. Prokurorluq, müstəntiq və dövlətimiz var. İş gedir. Qoy bütün bu işləri onlar müəyyən etsinlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=67299

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31