Dağıstanda silahlılarla atışma – 10 ölü, 4 yaralı
Dağıstanın Dərbənd və Süleyman-Stal rayonlarında silahlılarla qüc strukturları arasında atışma olub.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı vəfat edib. İlkin ehtimala əsasən, onlardan 1-i Süleyman-Stal rayonunda gedən atışmalar nəticəsində, 3-ü isə Dərbənddəki atışmalarda həlak olub. Daha 4 təhlükəsizlik əməkdaşının isə yaralandığı bildirilir.
Mənbənin verdiyi məlumata görə, öldürülən silahlıların sayı 6-ya yaxındır.
Xüsusi əməliyyat davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=67368