Ermənilər Tərtərdə kombaynı atəşə tutdular

17.06.2016 - 13:51

ermeniTəmas xəttində – Tərtər rayonunda kombayn ermənilərin atəşinə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, hadisə rayonun cəbhə xəttinə yaxın yerləşən Yuxarı Qaradağlı kəndi ərazisində baş verib.

Kombayn kənd ərazisində əkin sahələrində taxıl biçərkən qarşı tərəfdən atəşə tutulub. Gülləbaran nəticəsində kənd təsərrüfatı texnikasına ziyan dəysə də, kombaynı idarə edən Qapanlı kənd sakini Elbrus Tanrıverdiyev xəsarət almadan xilas ola bilib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.

Qarşı tərəf Azərbaycan ordusunun cavab atəşindən sonra susdurulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67378

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31