Rusiyada ŞOK qətl: Azərbaycanlı arvadını və qaynanasını öldürdü

20.06.2016 - 23:46

qetl4Keçmiş qaynatasını isə bıçaqla ölümcül yaralayıb. Rusiyanın Tolyatti şəhərində yaşayan azərbaycanlı keçmiş arvadını və qaynanasını qətlə yetirib. ANS PRESS-in məlumatına görə, iyunun 16-da baş verən hadisə şəhərin mərkəzində Avtozavodsk şossesi ərazisində baş verib.
Tolyatti şəhərində yaşayan 36 yaşlı azərbaycanlı Nuran İlman oğlu Musayev 22 yaşlı keçmiş həyat yoldaşı və onun 51 yaşlı anasını qətlə yetirib. Nuran Musayev həmçinin keçmiş qaynatasını bıçaqla ölümcül yaralayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hazırda bəlli deyil. Musayev hadisəni törətdikdən sonra qaçaraq gizlənə bilib.rr
Bu gün şəhər merliyində keçirilən iclas zamanı Tolyatti polisinin rəis müavini Yevgeni Lbov Nuran Musayevin tutulması istiqamətində əməliyyat tədbirlərinin davam etdiyini bildirib. Nuran Musayevin aralarında münaqişə olan keçmiş arvadına Tolyattidə mənzili aldığı və həmçinin qadının Nuran Musayevin onu təhdid etdiyi barədə polisə dəfələrlə şikayət etdiyi bildirilir. Bu münaqişələr hər dəfə “tərəflərin barışığı” ilə qurtarıb. Hazırda Nuran Musayev barədə axtarış elan edilib.
Analoji hadisə bir müddət əvvəl Sankt-Peterburqda baş vermişdi. Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan azərbaycanlı gəlini həyat yoldaşı öldürmüşdü. 23 yaşlı Gülnar Həbibovanın itdiyi barədə polisə xəbər verən 34 yaşlı Samir Həbibovun daha sonra qətli həyata keçirdiyi bəlli olmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=67626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31