Sumqayıtda yol polisi ağır qəza törətdi – Özü və iki qadın öldü

27.06.2016 - 10:06

qezaSumqayıt şəhərində ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin avtosfer.az-a verdiyi məlumata görə, dünən axşam saat 10 radələrində Sumqayıt şəhərinin girişində – Gömrük İdarəsinin yaxınlığında “Hyundai Azera” markalı avtomobil 3 nömrəli marşrut avtobusu ilə toqquşub. Yüksək sürətlə hərəkət edən minik avtomobili arxadan avtobusa çırpılaraq yararsız hala düşüb. Avtomobildə olan 4 nəfərdən 3-ü hadisə yerində keçinib.

Məlumatda bildirilir ki, qəzanı törədən sürücü yol polisi əməkdaşıdır. Polis baş serjantı Ramin Tahirov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş. Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın da olub. Ramin Tahirovla yanaşı həmin qadınlar da qəza zamanı həlak olublar. Dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadınlardan biri ön oturacaqda olub və qəza zamanı başı qopub.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=68105

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31