Bakıda azyaşlı uşaq yelləncəkdə boğularaq ölüb
Bakıda boğazına ip dolanan uşaq ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, iyunun 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, azyaşlı Arzu Hacıyeva evlərinin həyətində oynayarkən yelləncəyin ipi boynuna dolandığından boğulub.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=68177