Donetskdə azərbaycanlı diaspor rəhbərinin bir neçə obyekti və avtomobilləri partladılıb

27.06.2016 - 14:33

rrUkraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində “Azərbaycan” Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt – mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.
Ş. Bəylərov APA-ya bildirib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur. Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş. Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb.
Partlayış kənardan idarə olunan qurğu ilə törədilib. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.

Short URL: http://www.cumhuriyyet.net/?p=68194

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31