Azərbaycanlı qadınları Türkiyədə satan şəxsə CİNAYƏT İŞİ AÇILDI

27.06.2016 - 15:16

faiseAzərbaycanlı qadınları Türkiyədə satan 49 yaşlı qadının barəsində cinayət işi başlayıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Sevda Məmmədova həbs edilib.

Sevda Məmmədovanın Azərbaycan vətəndaşları olan qadınları Türkiyənin İstanbul şəhərinə aparıb və orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=68208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31