18 yaşlı Quba sakini 84 yaşlı qadını boğaraq öldürüb

30.06.2016 - 13:17

hebsQuba rayonunda dəhşətli qətlin üstü açılıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Amsar kənd sakini, 18 yaşlı İmran Aslanov polis tərəfindən şübhəli şəxs qismində tutulub.

Araşdırmalar zamanı onun bu ilin mart ayının 21-də Quba rayon sakini, 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək ev sahibəsini boğaraq qətlə yetirməsi müəyyən edilib.

İ.Aslanov polisə ifadəsində törətdiyi əməli etiraf edib. O, qeyd edib ki, ahıl qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb. Qadını da evin heç kimin görmədiyi ərazidə torpağa basdırıb.

Ekspertlərin iştirakı ilə meyit eksqumasiya edilib. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=68563

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31